Şənbə, 20 Aprel

Lavrov: Zelenski Hitlerə bənzəyir, yəhudi qanı var

image

Adolf Hitlerin də yəhudi qanı var idi. Ən qızğın antisemitlər adətən yəhudilər millətindən olur.

Xəbər verilir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"O (Prezident Vladimir Zelenski - red.) bir arqument irəli sürür: əgər o, yəhudidirsə, onların hansı nasizmi ola bilər. Mən səhv edə bilərəm, amma Hitlerdə də yəhudi qanı var idi. Bu, tamamilə heç nə demək deyil. Müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər adətən yəhudilərin içindən çıxır", - deyə Lavrov bildirib.

Lavrovun Hitlerin “yəhudi qanı” ilə bağlı qalmaqallı açıqlaması və Kremlin bu cür bəyanatları İsraili hiddətləndirib. İsrailin xarici işlər naziri Yair Lapid Lavrovun sözlərini “bağışlanmayan, hədsiz və kobud tarixi səhv” adlandırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20