Şənbə, 20 Aprel

Türkiyədən şok mesaj – “Allah eləməsin, oradan bizə bir güllə atılsa…”

image

“Yunanıstan Fransadan “Rafale” təyyarələri aldıqdan sonra daha da təkəbbürlü olub. Qanuni olaraq qadağan olsa da, adaları silahlandırmaqla Yunanıstan müdafiə nazirinin dediyi kimi, SAMP/T raketləri və zenit batareyalarını aktivləşdirərək, Türkiyəni təhdid etməyə başlayıb”.

Xəbər verilir ki, bunu Türkiyənin Yeditepe Universitetinin professoru Məsud Haqqı Caşın deyib.

Çaşın Yunanıstanın Türkiyəyə meydan oxuduğunu bildirib:

“Yunanıstan “sizinlə döyüşəcəyəm” deyir. Bəs döyüşə bilərmi? Heç vaxt. Türk əsgəri sentyabrın 9-da olduğu kimi yunanların boynunu qırar: həm Egeydə, həm də Yunanıstanda.

Yunanıstan niyə indi bu addımı atır? Çünki Prezident Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri, Misirlə normallaşma prosesi, ən əsası Türkiyə-İsrail münasibətlərininin normallaşması və İsrail prezidentinin ölkəmizə gəlməsi, eləcə də “EastMed” layihəsinin iflasa uğraması Afinanı qəzəbləndirir.

Yunanıstan yalan və böhtanlarla Türkiyənin NATO, ən əsası isə ABŞ-la münasibətlərini pozmaq istəyir. Çünki ABŞ dövlət katibinin Türkiyənin “F-16”-larla bağlı yaxşı bir nöqtəyə gəldiyini açıqladığını bilirik. Amerikadan 40 ədəd yeni təyyarə alınacaq və təyyarələrimiz modernləşdiriləcək. Yunanıstan bundan son dərəcə narahatdır”.

Çaşın Yunanıstanın Türkiyə ilə müharibəyə tab gətirəcək gücdə olmadığını söyləyib:

“Yunanıstan döyülməyə öyrəşmiş xalqdır, həmişə alçaldılır. Əgər rüsvay olmasaydı, ABŞ-a 20 baza verməzdi. Dilənçi bir dövlətdir, almanlardan pul diləməklə məşğuldur. Əslində müflis olmuş dövlətdir.

Bizim yunanlarla heç bir problemimiz yoxdur. Mitsotakis keçən ay gəlib prezidentimizdən qaz diləndi. Bunu da unutmasınlar. Türkiyə qaz verməsə, özlərini isidə bilməyəcəklər.

Yalandan yerləşdirdikləri silahlardan birindən, Allah eləməsin, bir türk pilotuna atəş açılsa, Yunanıstana atəş yağdıracağıq. Bunu da bilsinlər. Hər kəs öz yerini bilməlidir, bizi bayramda əsəbləşdirməsinlər, əks halda onlara bayram konfeti yerinə bomba atarıq”.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20