Çərşənbə, 15 May

Traktorla minik avtomobilinin toqquşduğu qəzada ölən şəxsin kimliyi AÇIQLANDI - YENİLƏNİB

image

Biləsuvarda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Məlumata görə, bu, rayonun Dərvişli kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Elçin Qəzənfər oğludur.

Qəzada ağır xəsarət alan E.Əliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

18:32

Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun “PMK-9” adlanan ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan traktor “Hyundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilin sürücüsü, rayonun Dərvişli kənd sakini Elçin adlı şəxs (soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00