Cümə, 26 Aprel

Ukrayna və Rusiya arasında sülh danışıqları dayandırıla bilər

image

“Rusiya ilə sülh danışıqlarının dayandırılması riskləri çox yüksəkdir”.

Xəbər verilir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski Polşa mətbuatına müsahibəsində deyib.

O qeyd edib ki, Rusiya Federasiyasına nə qədər danışıqlar aparmaq üçün adamlar göndərsə də, yekun qərarı yenə də Vladimir Putin verəcək. Odur ki, yalnız iki dövlət başçısı arasında birbaşa danışıqlar səmərəli olacaq.

"Onlar nəyisə təsdiq edəndə mən buna inanmıram.Məsələn mübadilə. Bir növ mülki mübadiləni təsdiqləyirlər. Sonra nəsə səhv olur. Bu bir neçə dəfə təkrarlanır. Bu, bir nəfərin məsuliyyət daşıdığını göstərir. Buna görə də, yalnız ikimiz arasında birbaşa danışıqlar və nəyəsə dair birbaşa razılaşmalar yerinə yetirilə bilər. Bu, mənim inamım və bütün bu prosesin yekun anlayışıdır", - deyə Zelenski vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33