Bazar ertəsi, 25 Oktyabr

Dünyaca məşhur qadın tennisçi – Əslən azərbaycanlı imiş...

image

Aftafa.tv “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Rusiya və dünya idmanının ən məşhur simalarından biridir.

Anastasiya Həsənova – azərbaycanlı əsilli rusiyalı tennisçi.

Anastasiya 1999-cu il mayın 15-də Rusiyanın Saratov şəhərində anadan olub. Ata tərəfdən Azərbaycan köklərinə bağlanır. Müsahibələrindən birində atası Dmitri Həsənov və babasının milliyyətcə azərbaycanlı olduğunu deyib. Cəmi bir dəfə - 14 yaşında Azərbaycanda (Bakı) olub. Bakını bəyəndiyini, nə vaxtsa bura yenidən gəlməyi düşündüyünü söyləyib. Təklif olacağı halda Azərbaycanın uğurları üçün mübarizə apara biləcəyini də istisna etməyib.

İlk addımlar

İdmanda özünü ilk dəfə üç yaşında fiqurlu konkisürmədə sınayıb. Dörd yaşında tennis oynamağa başlayıb. Müsahibələrindən birində anasının ilk tennis məşqisi olduğunu bildirib. Bu idman növünə maraq göstərməsini də anası ilə əlaqələndirir.

Volqa Dövlət İdarəçilik Akademiyasının məzunudur, hazırda Volqa İdman və Turizm Akademiyasının magistrıdır.

Böyük meydanda

2021-ci ilə qədər qadınlar arasında keçirilən Dünya Tennis Turnirinin (ITF) yarışlarında iştirak edib. Altı dəfə fərdlərin, iki dəfə də cütlərin mübarizəsində qalib gəlib.

2020-ci ilin sentyabrında fərdlərin mübarizəsində Rusiya çempionu oldu. Rusiya Tennis Kubokunda gümüş medalın sahibidir. 2019-cu ildə cütlərin mübarizəsində çempion titulunu qazanıb.

2021-ci ilin yanvarında BƏƏ-də keçirilən nüfuzlu tennis turnirində (WTA) karyerasında ilk dəfə WTA Seriyasının əsas püşkatma mərhələsində debüt imkanı qazanıb. İlk turda alman tennisçi Mona Barteldən üstün olub. Anastasiya ikinci turda üçüncü sırada yer alan məşhur Karolina Plisşovanı iki setdə məğlub edib. Növbəti turda ispaniyalı tennisçi Sara Sorribes Tormoya məğlub olub.

Uğurları və mükafatları

22 yaşlı Anastasiya Rusiyanın gənclər komandasının üzvüdür.

2011-ci il - Həm fərdlərin, həm də cütlərin mübarizəsində Rusiya U-13 çempionatının qalibi.

2012-ci il - 15 yaşadək Rusiya çempionatının qalibi.

2013-cü il - 14 yaşadək oğlan və qızlar arasında Avropa Çempionatının bürünc mükafatçısı.

2015-ci il – fərdi kateqoriyada Avropa çempionatının bürünc mükafatçısı, eyni zamanda, fərdi kateqoriyada Rusiya çempionatının bürünc mükafatçısı, 19 yaşadək Rusiya fərdi çempionatının gümüş və bürünc mükafatçısı və Rusiya U-19 çempionatının qalibi.

2018-ci ildə Dünya Seriyasında (Çin) üçüncü olub.

2019-cu ilin iyun ayında İnçondakı (Cənubi Koreya) beynəlxalq turnirdə gümüş medal qazanıbı.

2019-cu ilin sentyabr ayında Rusiya çempionatında öz aktivinə iki medal yazdırıb: cütlərin mübarizəsində gümüş, fərdi kateqoriyada bürünc.

2019-cu ilin oktyabr ayında Dünya Tennis Turnirində (ITF) gümüş medal qazanıb.

2020-ci ilin sentyabr ayında Kazanda keçirilən Rusiya tennis çempionatında qızıl medalın sahibi olub.

Dünya reytinqində

Anastasiya 2020-ci ilin ən güclü qadın tennisçilər dünya reytinqində 273-cü yerdə qərarlaşıb. 2021-ci ilin WTA (Dünya Qadın Tennis Assosiasiyası) sıralamasına görə, dünyanın 228-ci raketkasıdır.

İdmanla yanaşı, həm də bloqqer kimi yazılar yazan Anastasiya insanlara sağlam həyat tərzi öyrətdiyini deyir.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda fabrikdə yanğın olub

  • 24.10.2021 - 16:17
image

Dünya beşdən böyükdür...

  • 24.10.2021 - 11:45
image

Bakıda parkda meyit tapıldı

  • 23.10.2021 - 10:33