Bazar ertəsi, 06 May

Ukraynanın parçalanması ssenarisi... - Fenenko

image

Polşa Ukraynanın qərb vilayətlərinin işğalını hələ 2014-cü ildə planlaşdırıb.

Xəbər verilir ki, belə bir iddia ilə MDU-nin Dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, tanınmış politoloq Aleksey Fenenko çıxış edib.

“Bu ideya artıq 2014-cü ildən dövriyyədədir. Belə ki, son anda Kiyev hakimiyyətinin Qərbi Ukraynaya qaçması nəzərdə tutulurdu: əvvəlcə Qərb onları qanuni hakimiyyət kimi tanıyır, sonra isə Polşa və Macarıstan ordan ərazi qoparır... Onlar Rusiya ilə qətiyyən üz-üzə gəlmək istəməzlər, ancaq “bir hissə” qoparmağı arzulayarlar”, - o deyib.

Fenenkonun sözlərinə görə, NATO belə bir qərarı yalnız dəstəkləyə bilər, çünki bu halda Ukraynanın hansısa hissəsi onların nəzarətinə keçmiş olacaq:

“Bu ssenari Rusiyanın Kiyevi götürəcəyi hal üçün hazırlanmışdı. Ancaq Rusiya ordusunu Kiyev və Çerniqovdan geri çəkəndən sonra bu ssenarini müvəqqəti olaraq dayandırdı. Ancaq indi – Donbasda baş verən son hadisələrlə bağlı onlar yenidən bu ssenariyə qayıdıblar”.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Polşanın Qərbi Ukraynanı özünə birləşdirmək planları hazırladığını bildirmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58