Çərşənbə axşamı, 14 May

Hüseyn Abdullayevin vəziyyəti ağırlaşdı

image

Xəbər verdiyimiz kimi, bir neçə gündür vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham edilərək həbs edilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev saxlanıldığı müəssisədə aclıq aksiyası keçirir.

Xəbər verilir ki, H. Abdullayevin vəkili Elçin Sadıqov dünən müvəkkili ilə görüşdüyünü bildirib.

O qeyd edib ki, H. Abdullayev ona hələ çəkisinin və təzyiqinin yoxlanılmadığını bildirib: “Kəskin baş ağrılarından, ürəkbulanmadan, qarın nahiyəsi və aşağı hissədə kəskin sancılardan əziyyət çəkir. Dodaq və ətrafında yaralar əmələ gəlib. Heç olmasa, su içməyini israrla xahiş etdim. Bu gün məlumat aldım ki, Hüseyn Abdullayevin bağırsağından qan açılıb”.  

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00