Bazar ertəsi, 06 May

Nikolayeva istiqamətində 3 məntəqə azad edildi - Ruslar geri çəkildi

image

Nikolayev rayonunda Ukrayna Silahlı Qüvvələri yenidən üç yaşayış məntəqəsini tam nəzarətə götürüb.

Xəbər verilir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qaraşenko bildirib.

“Şirokoye kəndi və iki kənd - Novopetrovka və Lyubino yenidən Ukrayna ordusunun tam nəzarətindədir”, - DİN rəsmisi Teleqramda paylaşım edib.

Eyni zamanda o, yaşayış məntəqələrinin Ukrayna ordusunun nəzarətinə necə keçdiyini dəqiq açıqlamayıb.

“Ukrayna Silahlı Qüvvələri Snegirevkanın qərbində yerləşən üç kəndə: Şirokoye, Lyubino və Novopetrovkaya tam nəzarəti bərpa edib”, - məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığının “Facebook”da dərc etdiyi məlumata görə, Xerson vilayətində düşmən Novaya Zarya və Tavriyskoye kəndləri yaxınlığında Nikolayevşina istiqamətində irəliləməyə cəhd edib, lakin itki verərək geri çəkilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58