Cümə, 19 Aprel

Arvadı ilə boşanmaq üzrə olduğu deyilən Smit Hindistana, məşhur yoqun yanına yollandı - FOTO/VİDEO

image

Hollivud ulduzu Uill Smit bu yaxınlarda “King Richards” filmindəki roluna görə ilk “Oskar”ını qazandı.

Lakin ulduz şəxsi həyatında çox çətin günlər keçirdir. Nüfuzlu mükafatlar səhnəsində Kris Roka şillə vurduqdan sonra onun və həyat yoldaşı Cada Pinket Smitin boşanmaq üzrə olduğu barədə şayiələr gəzir.

Hazırda isə Smit Hindistana yollanıb. Hollivud ulduzunun orada məşhur hindistanlı yoqin və mistik Sadhquru (Caqqi Vasudev) ilə görüşəcəyi deyilir.

Bu barədə Indiatimes.com öz mənbələrinə istinadla bildirib.

Paparassilər ulduzu hava limanında görüblər, aktyor gülümsəyərək onlarla danışıb, sonda isə əl yelləyərək uzaqlaşıb.

Aktyorun Mumbaya getdiyi qeyd edilir.

Uill Smitin özü isə hələlik səfərinin məqsədi və Hindistanda nə qədər qalmağı planlaşdırdığı barədə açıqlama verməyib.

Qeyd edək ki, bu Smitin Hindistana ilk səfəri deyil. Sadhquru ilə aktyor artıq neçə illərdir ki, dostluq edir. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20