Cümə, 19 Aprel

Azərbaycanın qazın dəyərini rublla ödəyir? - SOCAR-dan açıqlama

image

"Kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasından idxal etdiyi qazın dəyərini rublla ödədiyinə dair məlumatlar yayılıb.​ Bildiririk ki, yayılmış bu məlumatlar həqiqəti əks etdirmir".

Xəbər verilir ki, bu, SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətinin yaydığı məlumatda öz əksini tapıb.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib ki, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30 %-i rublla aparılır. Bütövlükdə, Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturasının özü də xarici mənfi amillərə o qədər də məruz qalmayıb və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır: “Rəsmi Moskva Qərbin davranışlarından yaranan riskləri azaltmaq üçün vaxtında tədbirlər görərək Azərbaycanla milli valyutalarda hesablaşmalara daha fəal keçməyə başlayıb. Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşları sırasında qalır və Azərbaycan neft məhsullarının idxalçıları arasında birinci yerdədir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28