Çərşənbə axşamı, 14 May

Məhkəmə Bakıda anasını qətlə yetirən yeniyetmənin həbsi ilə bağlı qərar verdi - VİDEO

image

Bakıda anasını öldürməkdə təqsirləndirilən A.C. (ad, soyad şərtidir) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Əldə etdiyimiz məlumata görə, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib.

Belə ki, A.C.-nin barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, hadisə aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü A.C. qısqanclıq zəminində anası, 1985-ci il təvəllüdlü Sevinc Məmmədovanı bıçaqla qətlə yetirib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00