Cümə, 29 Mart

Aktrisa Semaşko xəstəxanasını sərt tənqid etdi 

image

"Planet Parni iz Baku"nun məşhur aktrisası Nigar Babayeva 1 saylı Şəhər Klinik Xəstəxanasından (Semaşko) şikayət edib.

Xəbər verilir ki, aktirsa İnstaqram hesabında bu sözləri yazıb: “Başıma gələnləri sizinlə mütləq paylaşmalıyam. Deməli, altıncı gün axşam saat 11-də qarnımda dəhşətli sancılar başladı. Təcili yardım çağırdıq. İlk olaraq ağrının səbəbini başa düşmədilər, sonra dedilər, ehtimal var ki, apendisitdir. Sizə no-şpa iynəsi vuraq, bir saata kömək etməsə demək apendisitdir. Bizimlə təkrar əlaqə saxlayın.

İynə kömək etmədi, yenidən təcili yardım çağırdıq. Gəlib dedilər ki, Semaşkoya aparırıq, dedim, mən oranı istəmirəm, ora sağ girən, ölü çıxır. Belə bir hal dəfələrlə olub. Dedilər, biz ora aparmalıyıq. Oraya getdik, dövlət klinikasında bir cərrah tapılmadı ki, baxsın. Halbuki çox ağrıyırdım. UZİ etdilər və qan götürdülər. Dedilər, apendisit yoxdur, sağlam adamsan. Sadəcə mədənə soyuq olub, evə get, səhərə keçər.

Gecə saat 3 idi, həyat yoldaşımla bacım məni Respublika Diaqnostika Mərkəzinə apardı. Yenidən qan aldılar, KT etdilər. Analizlərin cavabı çıxdı, ağır formada apendisit, peritonit olmuşdu artıq. Temperaturum 38,5 idi.

Səhər saat 7-də məni əməliyyata aldılar. Həkim sonra dedi ki, apendisit artıq partlamışdı, hamısını təmzilədim. Bir az da gec gəlsəydin, qana keçərdi. İndi mənə bilirsiniz ki, nə maraqlıdır?! Nə vaxta qədər Semaşko xəstəxanası adamları belə öldürəcək?! Demək, təcili bu qədər pul tapa bilməsəydim özəldə əməliyyat edim, öləcəkdim, hə?! Ölüm ayağında olan insanı “heç nəyiniz yoxdur” sözü ilə evə göndərmək nədir?! Bunu paylaşıdm ki, bilməyənlər də bilsin. Sağalım, özümə gəlim, bu məsələni belə qoymayacam”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45