Şənbə, 04 May

Müharibəyə Putin-Zelenski görüşü son qoya bilər - Ukrayna açıqladı

image

Müharibə Ukrayna Prezidenti Vladimir Zelenski ilə Vladimir Putin arasında birbaşa danışıqlar vasitəsilə başa çata bilər.

Xəbər verilir ki, bunu Ukrayna Prezident Aparatının rəsmisi Mixailo Podolyak deyib.

Onun sözlərinə görə, bu danışıqlarda Ukrayna tərəfinin mövqeyi güclü olmalıdır:

“Bu gün Ukrayna tərəfinin hüquqşünaslar, məsləhətçilər və danışıqlar qrupu bunun üzərində işləyir. Ümid edirik ki, bu danışıqlarda Prezident Vladimir Zelenskinin mövqeləri son dərəcə güclü olacaq”.

Podolyak əlavə edib ki, indi Ukraynanın şərqindəki vəziyyətin inkişafını gözləmək və hücumun nə qədər ciddi ola biləcəyini qiymətləndirmək lazımdır:

“Onların kifayət qədər resursları, kifayət qədər raketləri var. Təəssüf ki, şəhərlərimizi bombalamağa davam edirlər. Onların hələ də bizim tarlalarımızda məhv etməkdən çəkinməyən canlı qüvvəsi və texnikası var. Ona görə də bir az gözləyək və bundan sonra gələcək ikitərəfli görüşlərdə tərəflərin, ilk növbədə Ukrayna prezidentinin mövqeyini qiymətləndirək”.

O həmçinin vurğulayıb ki, yaxın həftə yarım ərzində hadisələrin necə inkişaf edəcəyi bəlli olacaq:

“Ukrayna Silahlı Qüvvələrinin bu gün ölkənin şərqində taktiki qələbələr qazanmaqdan başqa yolu yoxdur. Azad qalmağımız və düşərgədə yaşamamağımız vacibdir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15