Şənbə, 20 Aprel

Çavuşoğlu: “Ukraynadakı vəziyyət onları o qədər də narahat etmir”

image

“NATO-da Ukraynada müharibəni davam etdirmək istəyən ölkələr var, düşünürlər ki, bu, Rusiyanı zəiflədə bilər. Ukraynadakı vəziyyət onları o qədər də narahat etmir”.

Xəbər verilir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsində deyib.

Ukrayna Rusiya danışıqlarına gəlincə, Çavuşoğlu qeyd edib ki, Türkiyə tərəfi Antalyada keçirilən danışıqlardan (martın 10-da - red.) ciddi nəticə gözləmirdi və düşünürdü ki, tərəfləri bir araya gətirmək vacibdir: “İstanbul danışıqlarından sonra böyük ümidlər bəsləyirdik, lakin Buçada törədilmiş qətliamın şəkilləri ortaya çıxanda onlar İstanbul razılaşmasından uzaqlaşdılar. Ancaq hər iki tərəf hələ də danışıqlar aparır”.

O, eyni zamanda Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin istənilən vaxt görüşə biləcəyinə aydınlıq gətirib: “İki liderin görüşü müzakirə olunur. Əgər Putinlə Zelenski arasında görüş baş tutsa, o zaman bu, İstanbul və ya Antalyada ola bilər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20