Cümə axşamı, 02 May

Bakıda 15 yaşlı oğlan anasını QƏTLƏ YETİRDİ - YENİLƏNİB

image

Nizami rayon ərazisində qadını qətlə yetirən şəxs saxlanılıb.

Məlumata görə, hadisə bu gün günorta saatlarında Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə ilə mübahisə edib. 

Nəticədə oğul anasını qətlə yetirib. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən qadının qətlə yetirilməsi təsdiqlənib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

13:25

Bakıda dəhşətli qətl törədilib. 

Xəbər verilir ki, hadisə bir az əvvəl Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. 

Şəxsiyyəti hələlik məlum olmayan 50-55 yaşlarında qadın bıçaqlanaraq öldürülüb. 

Hadisənin motivi hələlik məlum deyil. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15