Çərşənbə axşamı, 07 May

ÜST Ukraynada sağlamlıq mərkəzlərinə edilən hücumların sayını açıqladı

image

ÜST Rusiya ilə müharibənin davam etdiyi Ukraynada sağlamlıq mərkəzlərinə 147 hücum edildiyini açıqlayıb.

Xəbər verilir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən mətbuat konfransında çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa sözçüsü Bhanu Bhatnaqar Ukraynadakı səhiyyə sisteminin hazırkı vəziyyətini və Təşkilatın bölgədəki tibbi yardımını qiymətləndirib.

ÜST-nin indiyədək Ukraynaya 218 ton təcili yardım və tibbi ləvazimat göndərdiyini bildirən Bhatnaqar, bu həftə ehtiyacı olan xəstəxanalara paylanması planlaşdırılan 15 generatorun gün ərzində müvafiq bölgələrə çatdırılacağını bildirib.

Ukraynada müharibənin başladığı 24 fevraldan bu yana xəstəxana, klinika və digər sağlamlıq mərkəzlərinə 147 hücum edildiyi barədə məlumatı paylaşan Bhatnaqar bu hücumlarda ən azı 73 nəfərin öldüyünü, 52 nəfərin isə yaralandığını bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58