Cümə axşamı, 25 Aprel

Putin-Paşinyan görüşü başladı

image

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Novo-Oqaryovoda danışıqlara başlayıb.

Xəbər verilir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Moskva ilə Yerevan arasında strateji tərəfdaşlıq və müttəfiqlik ikitərəfli münasibətlərinin gələcək inkişafının aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

Bundan əlavə, Dağlıq Qarabağ üzrə 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərə dair razılaşmaların icrası nəzərdən keçiriləcək.

Erməni tərəfinin gözləntilərinə görə, Putinlə Paşinyan görüşündə əsas gündəm məsələsi Ermənistanla Azərbaycan arasında mümkün sülh sazişinin bağlanması olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33