Cümə, 29 Mart

“Rusiyada defolt, Avropada defoltla nəticələnəcək” - Medvedyev

image

Rusiyada defolt Avropada mənəvi və maddi defoltla nəticələnə bilər.

Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev zünün Teleqram-kanalında bəyan edib.

Onun sözlərinə görə, Avropa İttifaqının maliyyə sistemi tam dayanıqlı deyil, əhalinin ona inamı isə itir. Medvedyev Brüsseli hiperinflyasiya barədə xəbərdar edib. Bunu isə rusların, ərzaq defisitinin və qaçqın axınlarının ayağına yazmaq olmaz. Bu amillər cinayət dalğası yaradır.

«Sıravi avropalıların güclü təşəkkürünü gözləyin. O zaman artıq brüsselli xala və əmilər ritorikanı dəyişməli olacaqlar» - Medvedyev deyib.

TŞ sədr müavini Avrokomissiyanın başçısı Ursula fon der Lyayenin «qərbin sanksiyaları Rusiya iqtisadiyyatının dayanıqlığına güclü təsir göstərir və Rusiyada defolt yalnız zaman məsələsidir» deməsinə reaksiya verib. Lyayen qeyd edib ki, proqnozlara görə, Rusiyada ÜDM 11 faiz düşəcək, belə ki, yüzlərlə nəhəng şirkətlər və ekspertlər ölkəni tərk ediblər. AK başçısı həm də qeyd edib ki, Rusiyaya məhsul ixracı 70 faiz azalıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45