Cümə axşamı, 02 May

“Mariupolda hərbçilərimizin öldürülməsi bütün danışıqlara son qoyacaq” - Zelenski

image

“Əgər Rusiya ordusu Mariupolu müdafiə edən Ukrayna hərbçilərini öldürərsə, o zaman gələcək sülh danışıqları qeyri-mümkün olacaq”.

Xəbər verilir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrainskaya Pravda” portalına müsahibəsində deyib.

“Mariupol on Borodyanka kimi ola bilər və mən demək istəyirəm ki, bizim hərbçilərimizin öldürülməsi bütün danışıqlara son qoyacaq. Çünki biz ərazilərimizi və insanlarımızı alver predmetinə çevirmirik. Borodyanka nə qədər çox olsa, bir o qədər çətin olacaq”, - Zelenski bildirib.

Zelenski deyib ki, Rusiya ilə Mariupolla bağlı danışıqlar davam edir, baxmayaraq ki, artıq danışıqlar aparan tərəflərə etimad yoxdur. Belə ki, Ukrayna yaralıları, qadınları və uşaqları götürmək üçün atəşkəs istəyir, lakin bu, Rusiyanın iradəsindən asılıdır.

“Xalqımıza təslim olmağı təklif edirlər. Orada bizim hərbçilərimizə başqa cür yanaşırlar. Siz də bunu çox yaxşı bilirsiniz”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15