Cümə axşamı, 25 Aprel

Baş Prokurorluq nənə və nəvənin 18 il əvvəl qətli barədə məlumat yaydı

image

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılıb.

Bu barədə Baş Prokurorluqdan verilən məlumatda deyilir.

Mənzildə üzərlərində çoxsaylı xəsarətlər olan meyitlərinin aşkar edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmış, lakin cinayəti törətmiş şəxs(şəxslər) müəyyən edilmədiyindən iş üzrə icraat dayandırılmışdır.

14.04.2022-ci il tarixdə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən iş üzrə icraat təzələnməklə həyata keçirilmiş istintaq tədbirləri nəticəsində müəyyən edilmişdir ki, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisəsində saxlanılan Anar Ağalarov qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə quldurluq etmək məqsədi ilə 24 aprel 2004-cü il tarixdə saat 18:30-da Rəhilə Cəlilovanın yaşadığı mənzilə daxil olduqda həmin vaxt orada Aygün Əzizovanın da olduğunu görüb özləri ilə və mətbəxdən götürdükləri bıçaqlarla çoxsaylı xəsarətlər yetirməklə Rəhilə Cəlilova və Aygün Əzizovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, daha sonra mənzildə olan 600 ABŞ dolları məbləğində pul vəsaitini götürüb hadisə yerini tərk etmişlər.

Toplanmış mötəbər sübutlar əsasında Anar Ağalarova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq-sağlamlığa ağır zərər vurmaqla) maddələri ilə ittiham elan edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33