Cümə, 29 Mart

Gəncənin icra başçısı ilə Nazim İbrahimov arasında Stefano Ricci qalmaqalı

image

Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun geniş biznes əlaqələrinə malik olması, hətta oğlunun dillərə dastan olan maşın kolleksiyasına sahib olması hər kəsə məlumdur.

Bu barədə növbəti araşdırmamızda yazacağıq.

Hələlik isə mövzu hazırda işsiz olan keçmiş Diaspora Komitəsi sədri Nazim İbrahimovla bağlıdır.

Verilən məlumata görə, Nazim İbrahimov vəzifədə olduğu zaman Niyazi Bayramova aid olan və Bakıda ən bahalı geyim mağazalarından hesab edilən Stefano Ricci tərəfindən keçmiş komitə sədrinə müxtəlif jestlər edilirdi.
 
Belə ki, Nazim İbrahomovun burada xüsusi endirimləri, o cümlədən 300 000 manata qədər güzəştli ödəmə xətti var idi. İnsafən də demək lazımdır ki, Nazim İbrahimov buradan vəzifədə olduğu zaman özü, ailəsi, dostları üçün, eyni zamanda hədiyyələr almaq məqsədilə milyonlarla manatlıq alış-veriş etmişdi. O, bu dükanın ən yaxşı müştəriləri arasında idi.

Nazim İbrahimov vəzifədən gedəndən sonra bəlli olur ki, sən demə, onun Stefano Ricci-yə 128 000 ABŞ dolları borcu qalıbmış.

Məşhur geyim mağazası bir neçə dəfə xəbərdarlıq etsə də Nazim İbrahimov buna məhəl qoymayıb.

Nəticədə bu məsələ icra başçısı və keçmiş komitə sədrinin münasibətinin kəskin pisləşməsinə səbəb olub.

Yeri gəlmişkən Stefano Ricci keçmiş məmurlarla problem yaşayan yeganə geyim dükanı deyil.

Mövzunu davam etdirəcəyik. Qarşı tərəflərin də fikirlərini dərc etməyə hazırıq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45