Şənbə, 20 Aprel

Elman Rüstəmovun qohumlarının şirkətləri, əldə etdikləri tenderlər - SİYAHI

image

Paytaxtın Nəsimi rayonunda maraqlı arxitekturası olan bir bina tikilib. Bina “Rus-Alko” MMC tərəfindən inşa olunub. “Rus-Alko”nun təsisçisi Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun bu günlərdə həbs edilmiş xalaoğlusu Talıb Quliyev Əfsər oğludur. Yəni sabiq baş bankirin “xaloğlu şirkəti”dir. Şirkət Bəkir Çobanzadə ev 5, mənzil 5 ünvanında hüquqi qeydiyyatdan keçib.

Həmin ünvanda keçmiş baş bankirin daha bir “xaloğlu şirkəti” – “Təmir tikinti istehsal” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə təsis edilib. “Azərsu” ASC dövlət büdcəsindən maliyyələşən bir çox çoxmilyonlq tenderlərdə Elman Rüstəmovun xalaoğlusunu “qalib" elan edib.

Xəbərə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

“Təmir tikinti istehsal” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən il “Azərsu”dan Biləsuvarın su-kanalizasiya sistemini yeniləmək üçün 7 milyon manatlıq sifariş əldə edib.

2018-ci ildə Asiya İnkişaf Bankının 112 368 817 dollarlıq krediti hesabına Ağcabədi şəhəri Suqəbuledici Qurğuların Tikintisi və Su Təchizatı və Kanalizasiya Şəbəkələrinin Bərpası layihəsinin ictasının 40 faizi (45 milyon manat) “xaloğlu şirkət”ə həvalə olunub. “Azərsu” Salyan, Şəmkir, Qax, Biləsuvar, Zaqatala, Balakən və Sabirabad şəhərlərində kanalizasiya sistemlərinin tikintisinə sabiq baş bankirin “xaloğlu şirkəti”ni cəlb edib.

Talıb Quliyevin rəhbərlik etdiyi daha bir şirkət - “Karvan-K” istehsalat kommersiya şirkəti də “Azərsu”yun tenderlərində ənənəvi qaliblərdən olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20