Çərşənbə, 15 May

“Qarabağ klanı” Paşinyanı devirmək istəyir

image

“Ermənistan parlamentində baş verənlər uzun müddətir ki, müxalifət və iqtidar arasında baş verən daxili çəkişmədir”.

Bu sözləri açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

O, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Ayk Koncoryanın məlum açıqlaması ilə yanaşı Seyran Ohanyanın parlamentdəki çıxışından sonra qondarma rejimin bayrağını tribunaya qoyması ətrafında yaranan proseslərdən danışıb.

Xatırladaq ki, Koncoryan öz sözlərində qeyd edib ki, müxalifətçilər parlamentin işini iflic etməklə onun əhəmiyyətini azaltmağa çalışır.

Öz növbəsində N. Şəfiyev vurğulayıb ki, Ermənistanda müxalifət adlandırılan “Qarabağ klanı” hazırkı Paşinyan hakimiyyətini devirmək istəyir:

“Bunların da bir-biri ilə çəkişməsi uzun müddətdir ki, davam edir. Bildiyiniz kimi, ermənilər özlərini vahid millət kimi adlandırsalar da, onlar vahid millət deyillər. Köklü ermənilər haylardan ibarət olan bir millətdilər və bir də surtvac adlandırdıqları Qarabağ erməniləri var ki, bunlar da faktiki olaraq albanlardan, bir qismi də qıpçaq türklərindən dönmə ermənilərdir. Bunların da arasında çəkişmə daimi olub.

Bildiyiniz kimi “Qarabağ klanı” Levon Ter-Petrosyanın 1998-ci ildə məcburi istefaya göndərilməsindən sonra hakimiyyətə gəlib. Başda Robert Koçaryan olmaqla onlar güc göstərib Ermənistanın sabiq iqtidarını qorxudaraq hakimiyyətə gəldilər və uzun müddət də hakimiyyəti əllərində saxladılar. Paşinyanın hakimiyyətə gəlməsi ilə isə Ermənistandakı hakimiyyət hayların əlinə keçdi. Bunu da artıq hayların özləri dərk edərək Paşinyanı qorudular. Baxmayaraq ki, 44 günlük müharibədən sonra Paşinyan məğlub olan bir dövlət başçısı idi, amma xalq yenə də ona etimad göstərdi. Qısacası, Ermənistan erməniləri özlərinin seçdiyi Baş naziri qorudular və “Qarabağ klanı”nın yenidən hakimiyyətə gəlməsinə imkan vermədilər”.

Politoloq Seyran Ohanyanın ötən gün parlamentdəki məlum çıxışından da söz açıb:

“Yadınızdadırsa, ötən gün Seyran Ohanyan parlamentdə çıxış etdi və o bildirdi ki, “mən tərəfdarlarımla Qarabağa gedəcəyəm və biz imkan vermərik ki, Qarabağ Azərbaycanın tərkibində qalsın”. O, bunu deyərək sonda qondarma rejimin əski parçasını tribunanın üstünə atdı. İqtidar nümayəndəsi olan deputat Vaan Aleksanyan isə həmin parçanı oradan götürərək söylədi ki, “artıq hakimiyyətdən uzaqlaşandan və bütün rıçaqlarları əllərindən alınandan sonra bu şəxslərin ancaq bu cür vəziyyəti gərginləşdirməkdən başqa çıxış yolu yoxdur. Ona görə də belə edirlər”. Bu özü çox güclü bir ifadədir və faktiki olaraq Ermənistanda “Qarabağ klanı” üçün böyük bir biabırçılıqdır”.

“Düşünürəm ki, hazırda müxalifətdə olan “Qarabağ klanı”nın nümayəndələri yenidən vəziyyəti gərginləşdirməklə Ermənistanda hakimiyyəti əllərinə almaq istəyirlər ki, bununla da onlar yenidən milyardlar yığmaq fikrinə düşüblər. Çünki onlar “Qarabağ kartı” adı altında vaxtilə milyardlar toplayıblar. Bütün dünya erməniləri də oraya vəsaitlər göndərirdi.

Onların dadı damaqlarında qalıb deyə yenidən rus demişkən, həmin “karmoşka”ya əl atmaq istəyirlər. Amma, məncə, bu alınmayacaq. Çünki Paşinyan və onu dəstəkləyən qüvvələr kifayət qədər güc toplayıblar, digər tərəfdən də faktiki olaraq heç kimin bəyənmədiyi, adi jurnalist və siyasətdən uzaq bir adam kimi qəbul edilən Paşinyan indi həm Qərbdə, həm də Rusiyada özünə dəstək tapmağı bacarıb və hazırda Ermənistanda əsas istiqamətlərdə nəzarəti əlinə keçirib”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00