Çərşənbə axşamı, 07 May

Fransadan Qarabağ mesajı – Lavrovun ittihamına cavab

image

“Fransa həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı Şurasının sədri və Minsk qrupunun həmsədri kimi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına tam sadiq olduğunu bir daha təsdiqləyir”.

Xəbər verilir ki, bunu Fransa Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun gələcəyi ilə bağlı mövqeyi ilə əlaqədar suala cavab olaraq bildirib.

“Fransa bu missiyada humanitar məsələlərdə irəliləyiş əldə etmək, sərhədlərin demarkasiyasına dəstək vermək, regional blokadaya son qoymaq, mədəni irsi qorumaq, iki ölkə arasında sülh müqaviləsi bağlamaq və Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Ermənistan və Azərbaycanla işləməyə davam edir. Bu məqsədlə fevralın 4-də Fransa prezidentinin təşəbbüsü ilə Ermənistan baş naziri, Azərbaycan prezidenti və Avropa İttifaqı Şurasının prezidenti ilə videokonfrans təşkil olunub”, - açıqlamada qeyd edilib.

XİN Minsk qrupunun fransalı həmsədri bu günlərdə İrəvanda işgüzar səfərdə olduğunu da diqqətə çatdırıb.

Bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Minsk qrupunun həmsədrləri - ABŞ və Fransa bu format çərçivəsində Moskva ilə əlaqə saxlamaqdan imtina ediblər. O, hər iki ölkənin Minsk qrupunu ləğv etdiyini deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24