Cümə axşamı, 02 May

“Canana bunu qəsdən etdi ki, insanların ona yazığı gəlsin” 

image

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananı rəqqasə Fatimə Fətəliyevanın doğum günü məclisindən qovdurmasının görüntüləri yayılıb.

Xəbər verilir ki, rəqqasə həmin hadisə ilə bağlı açıqlama yayıb.

Fatimə Canananı bunu qəsdən və reklam üçün etdiyini bildirib: “Ya Mətanət xanım, ya da ki, Canana oradan getməli idi. Mətanət xanıma böyük bir bacı kimi münasibət bəsləyirəmsə, necə ola bilər ki, Canana mənim ad günümdə iştirak etsin? O an Canananın yanına yaxınlaşdım, soruşdum ki, sizi bura mən dəvət etmişəm? Gülə-gülə biz çəkiliş heyətiylə gəlmişik cavabını verdi. Sual verdim ki, müxbirsən, yoxsa aparıcısan, çəkiliş heyətiylə mənim ad günümdə nə gəzirsən? Canana bunu qəsdən etdi ki, reklam olunsun, haqqında danışılsın və insanların ona yazığı gəlsin. Onu da deyim ki, çox şeyləri bilmirsiniz. Xanım o fikirlə gəlmişdi ki, özünə reklam qazansın və onu da bacardı. Halal olsun”.

Qeyd edək ki, Canana M.İsgəndərlinin oğlu Kərimlə ötən il rəsmi boşanıb. 3 uşaq əvvəlcə ataya verilsə də, apellyasiya məhkəməsi uşaqları anaya qaytarıb. Daha sonra Kərim Ali Məhkəməyə müraciət etdiyindən Canana uşaqlarını hələ də görə bilmir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15