Cümə, 26 Aprel

Qarabağ klanı şokda: Paşinyandan yaxşısı yoxdur, müxalifət “kaput”!..

image

ABŞ şirkəti “Gallup”un Ermənistanda 2-4 aprel aralığında keçirdiyi rəy sorğusu maraqlı nəticələr ortaya çıxarıb. Məsələn, məlum olub ki, respondentlərin 38.8%-i Ermənistan hökumətinin fəaliyyətindən razı, 47.7% isə narazıdır. 57.2%-u isə hesab edir ki, Paşinyan hakimiyyəti Azərbaycanla həm İrəvana, həm də “artsax”a sərfəli olacaq sülh müqaviləsi imzalamaq iqtidarında deyil.

Ancaq ən maraqlısı odur ki, əgər seçkilər indi keçirilsə, əksəriyyət (20.4%) yenə Nikolun partiyasına səs verəcək. Robert Köçəryanın “Ermənistan” və Serj Sərkisyanın həmsədri olduğu “Şərəf duyuram” blokları isə müvafiq surətdə 6.8 və 3.7% səslə yetərlənməli olacaqlar.

Hansı qənaətlər hasil olur buradan?

Birinci o ki, erməni cəmiyyətində “Paşinyan pis rəhbərdir, amma ondan yaxşısı yoxdur” fikri artıq daşlaşmış sayıla bilər. Hətta ermənilər etiraf edə-edə ki, Nikol Paşinyan Azərbaycanla İrəvana və “artsax”a sərfəli sülh müqaviləsi imzalamaq iqtidarında deyil, yenə onu ölkə rəhbəri kimi görmək istəyirlər, nəinki Köçəryanı və ya Sərkisyanı!

Bu isə hər şeydən öncə o anlama gəlir ki, ermənilər müharibə istəmir. Lap dəqiqi, bundan qorxurlar. Eyni zamanda, əksəriyyət Azərbaycanla məlum 5 prinsip əsasında sülh anlaşmasının qaçılmaz olduğunu yaxşı dərk edir. “Qarabağ klanı” timsalında radikal müxalifətə cəmi 10.5% rəğbət ifadə edilməsi bunun bariz təsdiqidir.

Zatən, 5 aprel mitinqi siyasi opponentlərin zəif elektorata malik olduğuna öz “möhürü”nü basmışdı. 6 aprel Brüssel görüşünə etirazla bağlı olan həmin aksiyaya cəmi 10-11 min adam gəlmişdi ki, bu da Ermənistan əhalisinin haradasa 2%-idir.

Qısası, Rusiyaya bağlı “ana müxalifət artıq özünü “kaput” hesab edə bilər (“Kaputt”: almancadan tərcümədə “əldən düşmüş”, “sındırılmış”, “özünü bitirmiş” – Z.S.) Beləcə, müxalifətin seçki yolu ilə hakimiyyətə gəlmək şansı sıfırın yanında qalmağa davam edir. Nəzərə alanda ki, Ukrayna müharibəsinə görə Rusiya labüd olaraq, getdikcə zəifləyir və zəifləyəcək, o zaman Paşinyanın opponentlərinin 1998-ci ildəki kimi, qeyri-qanuni yolla hakimiyyəti ələ keçirmək şansından da danışmağa dəymir.

Deməli, “qərbçi” Paşinyanın hakimiyyətini yaxın perspektivdə problem gözləmir. Əgər o, üstəlik, ağıllı hərəkət edib Azərbaycan və Türkiyə ilə münasibətləri tezliklə qaydaya salsa, sərhədlərin açılmasına nail olsa, yəni Rusiya orbitindən uzaqlaşmaq iradəsi göstərsə, o halda əlbəttə ki, ABŞ və Avropandan dərhal və daha güclü siyasi-maliyyə dəstəyi alacaq. Bununla bağlı ona vaxtaşırı mesajlar da göndərilib.

Şübhəsiz ki, rəy sorğusu hələ seçki demək deyil. Amma dəniz suyunun dadını bilmək üçün damla da yetərlidir...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33