Çərşənbə, 15 May

Paşinyan Brüssel görüşünün nəticələrini Putinə çatdırdı

image

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya işgüzar səfər edəcək.

Xəbər verilir ki, məlumatı Ermənistan hökumətinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Nikol Paşinyan başçılıq edəcək. Rusiyada iqtisadi əməkdaşlıq məsələləri, eləcə də ikitərəfli münasibətlərə dair başqa mövzuların müzakirəsi gözlənilir.

Həmçinin, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Paşinyan aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilmiş görüşün nəticələri barədə Rusiya liderini məlumatlandırıb. Bundan başqa, tərəflər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlərə başlanılması və sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın vacibliyini qeyd ediblər.

Xatırladaq ki, Nikol Paşinyanın aprelin ikinci ongünlüyündə Moskvaya səfəri barədə xəbər yayılmışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00