Cümə axşamı, 02 May

Uill Smitə 10 illik qadağa qoyuldu

image

ABŞ Kino Akademiyası amerikalı aktyor Uill Smitə “Oskar” mükafatının təqdimatı mərasimi də daxil olmaqla, 10 il ərzində öz tədbirlərinə qadağa qoyub.

Xəbər verilir ki, bu barədə ABŞ Kino Sənətləri və Elmləri Akademiyasının prezidenti və baş icraçı direktoru Devid Rubinlə Don Hudson açıqlama verib.

Bildirilib ki, 94-cü “Oskar” mükafatının təqdimatı mərasimi 2021-ci ildə inanılmaz iş görən çoxsaylı insanların bayramı olmalı idi: “Lakin Smitin səhnədə nümayiş etdirdiyi yersiz və zərərli davranış bu məqama kölgə saldı”.

Xatırladaq ki, “Oskar”da Kris Rok U.Smitin alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pinkett-Smitti “Əsgər Ceyn”lə müqayisə edib. Buna görə U.Smit K.Roku şillələyib, sonra isə üzr istəyib və haqlı olmadığını deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15