Cümə axşamı, 18 Aprel

Xankəndində Kremlə göndərmək üçün imza toplanır - yeni təxribat

image

“Rusiyaya birləşmək” xəyaldır, amma belə niyyət varsa, demək, bu xəstə xəyalları ermənilərə gerçək kimi qəbul etdirmək istəyən qüvvələr də var...

Ermənistan Milli-Demokratik Qütb Şurası diqqətçəkən bir bəyanat yayıb. Qurum qeyd edir ki, Qarabağda Rusiyaya birləşmək məsələsi ilə bağlı qeyri-ictimai şəkildə imzatoplama başlayıb. “Bu xəyanət, təbii olaraq, Nikol Paşinyan administrasiyasının razılığı ilə baş verir. Biz Qarabağda yaşayan soydaşlarımıza müraciət edir və onları nəyin bahasına olursa-olsun, bu antierməni aksiyasının qarşısını almağa çağırırıq. Xəbərdarlıq edirik ki, xain imzatoplama həm də Qarabağda yaşayan ermənilərin  qovulması üçün əlverişli şərait yarada bilər”, - deyə bəyanatda bildirilir.

Təbii ki, bəyanat verən qurum haqlıdır, çünki belə təxribatlar fonunda Azərbaycan yenidən məsələni güc yolu ilə çözmək məcburiyyətində qalacaq. Buna Qarabağdakı Rusiya sülhməramlıları da əngəl ola bilməyəcək. Siyasi Elmlər Assosiasiyasının icraçı direktoru Beniamin Poğosyan bu xüsusda bildirir: “Rusiya sülhməramlıları  Azərbaycana qarşı çıxmayacaq, Bakı-Moskva münasibətləri korlanmayacaq. İndiki halda bu, Rusiyaya sərf etmir. Rusiya-Türkiyə münasibətlərinə də yersiz kölgə salmamaq üçün Rusiya sülhməramlıları təmkinli olacaq”.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağda irəliləməsi halında Rusiya sülhməramlıları müqavimət göstərməyəcək: “Ruslar Qarabağda bir şeyə icazə verməyəcəklər: sülhməramlıların məhv edilməsinə. Bu səbəbdən sabah azərbaycanlılar Ağdərəyə daxil olacaqları təqdirdə rus sülhməramlıların müqavimət göstərəcəklərini az mümkün hesab edirəm”.

Bəyanat onu göstərir ki, Ermənistanda hələ də siyasi sayıqlığı və reallığı itirməyən qüvvələr var. “Rusiyaya birləşmək” əlbəttə ki, bir erməni xəyalıdır. Amma belə “imzatoplama kampaniyası” varsa, demək, bu xəstə xəyalları ermənilərə gerçək kimi qəbul etdirmək istəyən qüvvələr də var. Məlum təşkilat bu kampaniyanın təşkilində Paşinyanı da günahlandırır. Bu nə dərəcədə gerçək ola bilər?

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Ermənistan uzun illərdir həyata keçirdiyi yanlış siyasət nəticəsində artıq dalana dirənib. Ermənistanın bir yolu qalıb, o da Azərbaycanla münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasıdır: “Amma Ermənistan buna hazır deyil. Ermənistanda ayrı-ayrı siyasi qruplar başqa yollar axtarırlar. Xankəndindəki separatçılarla əlaqəsi olan həmin qruplar ən müxtəlif oyunlara əl atmağa çalışırlar. Qarabağdakı xunta rejimi və İrəvanda onlara dəstək verən siyasi qruplar ”çıxış yolu" kimi indi də bu oyunu ortaya atmaq istəyirlər. Onlar Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin getdiyini görərək pozuculuq etməyə çalışırlar. Yayılan xəbər doğrudursa, Rusiyaya birləşmək kimi ağılsız, avantürist bir məsələni gündəmə gətirmək istəmələri də bununla əlaqədardır.

Nikol Paşinyan da dalana dirəndiyini görür. Görür ki, Azərbaycanla sülh sazişi imzalamaqdan başqa çıxış yolu qalmır. Ona görə də istisna deyil ki, Paşinyan özü də danışıqların hansısa mərhələdə pozulmasına səbəb olacaq avantürist, təxribatçı addımların atılmasında maraqlı olsun. Yəni xunta rejiminin Xankəndində sözügedən imzatoplamanı həyata keçirməsinin arxasında gizli şəkildə Paşinyanın da dayanması mümkündür".

Deputatın dediyinə görə, Paşinyan da, digər Ermənistan hakimiyyətinin rəsmiləri də anlamalıdırlar ki, belə bir addımın atılmasına Azərbaycanın reaksiyası çox sərt olacaq. Şuşa Bəyannaməsi də işlək vəziyyətdədir və Türkiyənin də mövqeyi aydındır: “Ona görə də nə separatçı ermənilər, nə də İrəvan hansısa başqa keçmiş sovet respublikalarındakı separatçı rejimlərlə bağlı baş verənlərdən qətiyyən ruhlanmamalıdırlar. Belə cəhdlər etmələri Ermənistana yeni faciələr gətirəcək. Azərbaycan məcbur olacaq ki, ”dəmir yumruğu" işə salsın. Ermənistanın bir yolu var. O da Azərbaycanla sülh müqaviləsini nə qədər mümkündür tez imzalamaqdır. Ermənistanın başqa yolu yoxdur. Əgər təxribatlara əl atarlarsa, Azərbaycanın reaksiyası çox sərt və qəti olacaq".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Paşinyan və onun məsləhətçiləri vəziyyətdən çıxmaq üçün müxtəlif variantlara əl atırlar. Onların, həmçinin Rusiya rəhbərliyinin xəbəri olmadan orada belə bir addım ata bilməzdilər: “Son yüz ilin tarixindən də bilirik ki , ermənilər vaxtaşırı imzatoplama, müxtəlif ünvanlara imzalarla müraciət etmək praktikasından istifadə ediblər. Bu cür imzalarla onlar BMT və ya hər hansı digər quruma da müraciət edə bilərlər.

Bu xəbərin nə dərəcədə doğru olduğunu demək çətindir, amma hər halda, nəzərə alınmalıdır. Rusiya rəhbərliyinin hansı reaksiya verməsindən asılı olmayaraq, Azərbaycan öz işini vaxtında görməli, istənilən təhlükəli addımların qarşısını vaxtında almalıdır. Əgər fakt təsdiqini taparsa, Azərbaycan orada yaşayan və birinci növbədə imza atan ermənilərin Rusiyaya köçüb getməsinə şərait yaratmalıdır. Bu işdə Rusiyanın da əli ola bilər, ehtiyat variant kimi saxlamaları mümkündür. Amma o qədər də inandırıcı deyil, Azərbaycan nə Gürcüstan, nə də Ukrayna deyil, Abxaziya, Cənubi Osetiya, Krım variantları burada keçməz. Regionda güclü Türkiyə-Azərbaycan birliyi var. Rusiya bu amillərin qarşısında yanlış fikirlərə düşməz. Hər halda, bütün hallarda ehtiyatlı davranmalı, diqqətli olmalıyıq”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28