Cümə axşamı, 28 Mart

“Meta” öz virtual valyutasını yaradır - FOTO

image

“Meta” şirkəti “metal kainat” üçün öz virtual valyutasını yaratmaq imkanını nəzərdən keçirir.

Bu barədə “The Financial Times” öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, şirkət “Facebook” və “Instagram”ın populyarlığının azalması ilə əlaqədar olaraq alternativ gəlir mənbələri və istifadəçiləri cəlb edə biləcək yeni funksiyalar axtarır.

“Financial Times” həmçinin bildirib ki, şirkət daxilində çalışanların “Zuck Bucks” adlandırdıqları virtual valyutanın blokçeyn əsaslı kriptovalyuta olması ehtimalı azdır, daha çox NFT tokenlərini tətbiqlərinə təqdim etməyə meyillidirlər.

Mənbənin sözlərinə görə, təşəbbüs hazırda müzakirənin ilkin mərhələsindədir. Şirkətin sosial şəbəkəsində NFT tokenlərinin yerləşdirilməsi və mübadiləsi üzrə pilot layihənin işə salınması may ayının ortalarına planlaşdırılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25