Cümə axşamı, 28 Mart

Rusiya milyarderlərinin ümumi sərvəti azalıb - Ən çox itirən Vahid Ələkbərov olub

image

Rusiya milyarderlərinin ümumi sərvəti ilin əvvəlindən 50,1 milyard dollar azalıb.

Xəbər verilir ki, Rusiya milyarderlərinin yeni reytinqini Bloomberg Billionaires (BBI) hazırlayıb.

BBI-ın reytinqinə görə, ən çox sərvət itirən “LUKoyl” neft şirkətinin prezidenti, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov olub. Onun sərvəti 17,4 milyard dollar azalıb. BBİ həmyerlimizin 4 dəfə kasıbladığını hesablayıb.

Hazırda Rusiyanın ən zəngin iş adamı “Nornikel”in əsas sahiblərindən biri Vladimir Potanindir. Onun sərvəti ilin əvvəlindən 1,47 milyard dollar azalaraq 29,4 milyard dollar təşkil edib.

“Novatek”in ortaq sahibi Leonid Mixelsonun sərvəti də nəzərəçarpacaq dərəcədə, 4,9 milyard dollar azalaraq 27,5 milyard dollara düşüb. O, ikinci yerdədir.

Üçüncü yerdə sərvəti 5,7 milyard dollar azalaraq 23,1 milyard dollar olan “Severstal”ın əsas sahibi Aleksey Mordaşovdur.

Reytinqdə dördüncü yerdə sərvəti 4,97 milyard azalaraq 23 milyard dollar olan NLMK benefisiarı Vladimir Lisindir.

Beşinci yeri Alişer Usmanov (“Metalloinvest”, “Megafon”) tutur, ilin əvvəlindən onun sərvəti 1,5 milyard dollar azalıb, hazırda 19,8 milyard dollar səviyyəsindədir.

Siyahıda altıncı yerdə sərvəti 152 milyon dollar artaraq 17,6 milyard dollara yüksələn “Evroxim” və SUEK-in keçmiş əsas benefisiarı Andrey Melniçenko (Aİ sanksiyalarına məruz qaldıqdan sonra 9 martda ortaq sahiblərdən ayrılıb) qərarlaşıb.

Siyahıda yeddinci yerdə ilin əvvəlindən sərvəti 1,42 milyard dollar azalaraq 17,1 milyard dollar təşkil edən “Renova”nın əsas sahibi Viktor Vekselberq olub.

Səkkizinci yerdə “Novatek” və “Sibur” şirkətlərinin səhmlərinə sahib olan Gennadi Timçenko 6,03 milyard dollar yoxsullaşıb və indi onun 16,4 milyard sərvəti var.

Ümumilikdə BBI reytinqinə dünyanın ən zəngin 500 adamı daxildir.

Hazırda siyahıda Rusiya Federasiyasının 22 vətəndaşı var.

Onların ümumi sərvəti aprelin 1-nə 299,47 milyard dollar təşkil edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25