Cümə, 29 Mart

Bu qurumun 9 filialı LƏĞV EDİLDİ

image

Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) 9 rayon filialı ləğv edilib.

Xəbər verilir ki, bununla bağlı şirkətin İdarə Heyətinin martın 16-da keçirdiyi iclasda qərar verilib.

Bu gün İdarə Heyətinin sədri Fərhad Adıgözəlov əmr imzalayaraq şirkətin Daşkəsən, Mingəçevir, Cəbrayıl, Qubadlı, Tərtər, Ağsu, Yardımlı, İmişli və Quba rayon filiallarını 01 aprel 2022-ci il tarixindən ləğv edib.

Qeyd edək ki, F. Adıgözəlov ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45