Bazar ertəsi, 06 May

Almaniyadan ŞOK:Ukrayna 48 saat ərzində məğlub olacaq

image

Almaniya  Ukraynanın bir neçə saat ərzində məğlub olacağını proqnozlaşdırıb və kömək etməkdən imtina edib.

Bu barədə “Frankfurter Allgemeine Zeitung” nəşrinə Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik məlumat verib. Almaniyanın maliyyə naziri Kristian Lindner fevralın 24-də Rusiya işğalı başlayandan sonra deyib ki, Ukraynanın “bir neçə saatı qalıb” və onu silahla təmin etmək mənasızdır.

Ukrayna səfirinin sözlərinə görə, o, Rusiyanın Ukraynaya təcavüzü günü Almaniya hökumətinin üzvləri ilə görüşüb. Görüşdə nazirlər fərqli reaksiya veriblər.

Melnik deyib ki, vitse-kanslerin iqtisadiyyat naziri Robert Habek həqiqətən narahat olub, Ukraynaya silah verilməsini müdafiə edib.

Ukraynalı diplomatın sözlərinə görə, müdafiə naziri Kristin Lambrext “ilk növbədə öz imicinə fikir verib”, Lindner isə “nəzakətli təbəssümlə oturub və sanki Ukraynanın məğlubiyyəti əvvəlcədən həll olunubmuş kimi danışıb”.

“Cəmi bir neçə saatınız var. Silah tədarükü və ya Rusiyanı SWIFT-dən ayırmaq mənasızdır”, – FAZ nazirin sözlərini sitat gətirib.

Bunun əvəzinə, Melnikin sözlərinə görə, Lindner Ukraynanın gələcəyini müzakirə etmək istəyirdi – Rusiya tərəfindən işğal edilmiş, marionet hökuməti olan bir ölkə kimi.

Ukrayna səfiri də martın əvvəlində bu söhbəti “Der Spiegel” jurnalına deyib. Onun sözlərinə görə, o, Lindnerin “əziyyətimizdən daha çox balansa baxdığını” hiss edib. “Maliyyə naziri bəlkə də bunu etməlidir”, – Melnik qeyd edib.

“Sonra söhbəti bitirdim. Nadir hallarda ağlayıram, amma Kristian Lindnerlə söhbətdən sonra sadəcə gözlərimdən yaş axdı”, – deyə ukraynalı diplomat bildirib.

Nəşr yazır ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu epizod haqqında martın 16-da danışıb.

“Müharibənin ilk günü, fevralın 24-də Ukraynanın Avropanın çox nüfuzlu dövlətindəki səfiri bir nazirliyin dövlət katibinin kabinetində oturub deyirdi: “Bizə kömək edin, müharibə başlayıb. Bu işdə bizə kömək edin”.

O isə əvəzində üzünə istehza ilə gülümsəyərək cavab verib: “Əzizim, gəlin açıq danışaq. Əgər maksimum 48 saat ərzində hər şey bitəcəksə və yeni reallıq gələcəksə, niyə sizə kömək edək?”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58