Bazar, 12 May

“Prezidentlərin görüşünə hazırlaşın” - Podolyak

image

“Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda görüşə bilərlər”.

Xəbər verilir ki, bunu Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak onlayn brifinq zamanı deyib.

“Prezidentlərin görüşünə hazırlaşın. Bunun nə vaxt baş verəcəyi artıq daha çox logistik məsələdir. Çünki ruslar bizim təkliflərimizə baxmalı, onlara hansısa ilkin cavab verməlidir”, – Podolyak bildirib.

Onun sözlərinə görə, danışıqlar üzrə iş gedir. İşçi alt qruplar müəyyən mövqeləri izah etmək və ya aydınlaşdırmaq üçün onlayn əlaqə saxlayır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44