Şənbə, 20 Aprel

Xəstəxanalar sistem köçürməkdən imtina edir – Rəsmi

image

Dövlət xəstəxanaları xəstələrə sistem köçürməkdən imtina edir.

Bu barədə daxil olan vətəndaş şikayətində bildirilib.

Vətəndaşın sözlərinə görə, o, qazdan zəhərləndiyi üçün təcili olaraq Sabunçu rayon xəstəxanasına çatdırılıb. Xəstəxana ona sistem köçürməkdən imtina edib. Bildirilib ki, dövlət tərəfindən buna icazə verilmir.

Məsələ ilə bağlı dövlət xəstəxanaları arasında sorğu keçirtdik. Məlum oldu ki, bütün dövlət xəstəxanalarında eyni qayda tətbiq edilir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış saytımıza açıqlamasında bildirib ki, dövlət xəstəxanalarında sistem yalnız həkim tövsiyəsi və resepti əsasında vətəndaşa köçürülür:

“Bəzi hallarda vətəndaş resept olmadan sistem köçürülməsini tələb edir. Bu, yolverilməzdir”.

Həkimlərimiz arasında apardığımız sorğuya görə, bəzi iynələrin ev şəraitində və ambulator şəraitdə vurulması qanunla qadağandır. Sistem xəstəyə yalnız stasionar şöbədə köçürülməlidir. Çünki sistemin ani olaraq fəsadı ortaya çıxa bilər. Allergik reaksiya baş verə, həmçinin xəstə şok vəziyyətinə düşə, trombu insanların ürək damarında tıxanıqlıq yarana bilər. Həkimlər bildiriblər ki, xəstəxanaların əksəriyyəti sığorta sisteminə keçdiyinə görə ciddi nəzarət var. Dövlət xəstəxanaları əvvəllər riayət etmədikləri qanunlara indi riayət etmək məcburiyyətindirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20