Çərşənbə axşamı, 07 May

Oğlu Ayaz Mütəllibovun ölüm səbəbini açıqladı

image

"Atam bir aya yaxın idi Mərkəzi Kliniki Xəstəxanada müalicə alırdı”.

Bu sözləri açıqlamasında dünən dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibov deyib.  

"Beyin təzyiqi var idi. Atamı əvvəlcə operativ müalicə etdilər. Özünü yaxşı hiss edirdi. Amma sonradan müalicəsi uğurlu olmadı. Sonradan yeriməyində də problemlər yarandı. Həmçinin yaşına görə də xəstəlikləri var idi. Bu xəstəlikər də onu narahat edirdi. Kiçik beyin insultu və mikro infrakt keçirmişdi”, deyə sabiq prezidentin oğlu bildirib.

Zaur Mütəlibov əlavə edib ki, hələlik Ayaz Mütəllibovun dəfni ilə bağlı məlumat gözləyirlər:

"Atamın cənazəsi mənim evimdədir. Dəfni üçün qərar gözləyirik”.

Qeyd edək ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra - martın 6-da istefa verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58