Şənbə, 04 May

Türkiyə S-400 zenit raketlərini Ukraynaya verəcək?

image

Türkiyə tərəfindən “S-400” zenit raket komplekslərinin Ukraynaya verilməsi məsələsi gündəmdə deyil”.

Xəbər verilir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Doha Forumu”nda çıxışı zamanı deyib.

“S-400”lərin sövdələşməsi həyata keçirildi, satın alındı. Biriləri bunu dedi: “Türkiyə S-400-ləri Ukraynaya versin”. Belə zənn edirəm ki, bunu amerikalılar deyib, amma bu, müzakirə mövzusu belə deyil”, - deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, “Reuters” agentliyi öz mənbələrinə istinadən yazıb ki, ABŞ Türkiyəyə Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə vasitələrinə ukraynalı hərbçilərə verməyi təklif edir. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15