Şənbə, 20 Aprel

Sevda Ələkbərzadə Türkan Vəlizadənin mahnısını tənqid etməsindən danışdı - VİDEO

image

Əməkdar artist Sevda Ələkbərzadə İçərişəhərdə keçirilən konsertdə müğənni Türkan Vəlizadənin mahnısını tənqid etməsinə münasibət bildirib.

Bununla bağlı Əməkdar artist “Instagram” səhifəsində paylaşım edib.

O bildirib ki, bu cür mahnının İçərişəhərdə səsləndirilməsinin yanlış olduğuna diqqət çəkmək istəyib:

“Mənim adımı heç kimlə birgə hallandırmayın, şəklimi belə, yanaşı paylaşmayın. Mən oradakı ifaçını tanımıram. Azərbaycanın mədəniyyət, Vaqif Mustafazadə, xalçaçılıq ocağında, bir çox turistlərin olduğu yerdə belə musiqi səsləndirilməsi məni dəhşətə gətirdi. Bu, Azərbaycanın ən əsas, gözəl Novruz bayramında olan bir konsertdir. Lap turistlər yox, azərbaycanlı insanlar, uşaqlar gəlirlər. Zövqdən danışırıq, belə bir musiqi səslənə bilər? Biz avtovağzalda, taksidə, bazarda hansı musiqi səslənir - bundan danışmırıq. Biz İçərişəhərdə Novruz bayramında səslənən musiqidən danışırıq. Mənim sözüm onlaradır ki, bu işlə kim məşğul olur? Belə özəl gündə və özəl yerdə niyə belə musiqi səslənir? Əgər ona musiqi demək olarsa”.

Qeyd edək ki, S.Ələkbərzadə şəhərdəki konsertlərin birində səsləndirilən mahnını tənqid etmişdi. Sözügedən mahnı Türkan Vəlizadənin “Ağlıma bir ad gəlir” ifası olub. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20