Şənbə, 04 May

KXDR qitələrarası ballistik raketi sınaqdan keçirdiyini təsdiqləyib

image

Koreya Xalq Demokratik Respublikası (KXDR) “Hwasong-17” qitələrarası ballistik raketinin sınağını uğurla keçdiyini bəyan edib.

Xəbər verilir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilir ki, martın 24-də raketin buraxılışını yerində izləyən KXDR lideri Kim Çen In ölkəsinin ABŞ ilə uzaq məsafədən qarşıdurmaya tam hazır olduğunu deyib.

O, yeni strateji silahın bütün dünyanın KXDR-in strateji qüvvələrə sahib olmasına dair bir daha aydın təsəvvür yaradacağını qeyd edib.

KCNA martın 24-də Şərq (Yapon) dənizi istiqamətində buraxılmış raketin maksimum 6 min 248 metr yüksəklikdə 1090 kilometr məsafə qət edərək, şərti hədəfə çatdığını yazıb.

Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreya Milli Təhlükəsizlik Şurasının təcili iclası keçirilib və Pxenyanın bu addımı qınanıb. Birləşmiş Ştatlar da KXDR-in raket sınağını pisləyib və sabitliyi pozan fəaliyyətin dərhal dayandırılmasını tələb edib.

Qeyd edək ki, bu, 2017-ci ildən sonra Şimali Koreyanın ilk qitələrarası ballistik raket sınağı, cari ildə isə 12-ci raket buraxılışıdır. KXDR yanvarın 11-də hipersəsli raketin yekun sınağının da uğurla keçdiyini bəyan edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15