Cümə axşamı, 25 Aprel

Gürcüstan Rusiyanı Avropa Məhkəməsində növbəti dəfə uddu

image

Avropa İnsan Hüquqları Məhkəməsi 2008-ci ilin avqust müharibəsi ilə bağlı Rusiyanın Gürcüstana qarşı şikayətlərini təmin etməyib.

Xəbər verilir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze brifinqdə bildirib.

Onun sözlərinə görə, məhkəmə Rusiyanın Tsxinval bölgəsində yaşayan sakinlərin adından təqdim etdiyi 370 fərdi şikayəti qəbuledilməz hesab edib: “Strasburq məhkəməsi Gürcüstan tərəfinin müharibə zamanı Tsxinval bölgəsinin Rusiya tərəfindən fəal şəkildə bombalanması və Gürcüstan Silahlı Qüvvələrinin bölgəyə nəzarət həyata keçirmədiyi ilə bağlı arqumentlərini bölüşüb. Buna görə də hər hansı bir pozuntunu Gürcüstana aid etmək mümkün olmayıb”.

Nazir qeyd edib ki, şikayətlər əsassız hesab olunub və iddialar hər hansı bir sübutla əsaslandırılmayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33