Bazar, 05 May

Şoyqu yoxa çıxdı: Putinin qəzəbinə gəlib? – Kreml

image

Müdafiə naziri Sergey Şoyqunun hazırda işi həddən artıq çoxdur, indi media aktivliyi üçün yaxşı vaxt deyil.

Xəbər verilir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Sergey Şoyqunun uzun müddətdir yoxa çıxdığı və barəsində gəzən şayiələr haqda deyib.

“Qulaq asın, müdafiə nazirinin çoxlu işi var, bunu başa düşürsünüz. Xüsusi hərbi əməliyyat gedir. Əlbəttə, hazırda media aktivliyi üçün əla vaxt deyil. Bu, tam başadüşüləndir”, - Peskov bildirib.

“Aqentstvo” nəşrinin Şoyqunun səhhətində ciddi problem olması barədə yaydığı məlumata isə Peskov belə reaksiya verib:

“Aqentstvo” nəşrini dinləmək lazım deyil, bu suallarla Müdafiə Nazirliyinə müraciət edin”.

Qeyd edək ki, S.Şoyqunun 11 martdan mediada görünməməsi şayiələrin yayılmasına səbəb olub. Bəziləri onun Ukraynada ildırımsürətli müharibə planının alınmamasına görə Putinin qəzəbinə gəldiyi, bəziləri isə səhhətində ciddi problem olduğunu iddia edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15