Bazar ertəsi, 06 May

“Rusiya ilə razılaşmalar referendumla həll edilə bilər” - Zelenski

image

"Ukrayna və Rusiya arasında danışıqlarda kompromislər məsələsi referendumla həll edilə bilər".

Xəbər verilir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın milli ictimai teleradio şirkətinə müsahibəsində bildirib.

O bildirib ki, söhbət təhlükəsizlik zəmanətləri və işğal olunan Ukrayna ərazilərindən gedir: “Cavabsa çox sadədir. Biz artıq anlayırıq. Bizi qəbul etmirlər (NATO), çünki Rusiyadan qorxurlar. Bax belə. Bizdə sakitləşməli və deməliyik ki, “oldu, digər təhlükəsizlik zəmanətləri”. Bəzi NATO ölkələri təhlükəsizliyə zamin olmaq istəyirlər. Biz Alyansın üzvləri olsaydıq, NATO-nun etməli olduğu hər şeyi etməyə hazırdırlar. Hesab edirəm ki, bu normal kompromisdir”, - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti izah edib ki, təhlükəsizlik zəmanətləri məsələlərində söhbət Konstitusiya dəyişiklikləri və Ukrayna qanunvericiliyinə ediləcək dəyişikliklərdən gedir. O bildirib ki, Rusiya ilə ehtimal olunan kompromisli razılaşma Ukraynada referenduma çıxarılmalıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15