Şənbə, 20 Aprel

Avtomobillərin qiyməti artdı - VİDEO

image

Bölgələrdəki avtomobil bazarlarında durğunluq hökm sürür. Alıcılar qiymət bahalığından, satıcılar isə alıcılıq qabiliyyətinin aşağı olmasından gileylidirlər.

Satan çoxdur, alan az.  Bura Tovuz rayonunun avtomobil bazarıdır.Satıcılar alıcı qıtlığından, alıcılar isə qiymətlərin yuxarı olmasından narazıdırlar.

Bərdənin avtomobil bazarında da çəkiliş apardıq. Satışda çox maşın olsa da, burda da alıcıların sayı azdır. Bərdə bazarında ucuzlaşma müşahidə olunur. Bildirilir ki, bu günlərdə bazara daha çox avtomobil çıxarılıb. Bu da ucuzlaşmaya səbəb olub. Bazarda satışa çıxarılan Rusiya istehsalı olan avtomobillərin qiymətində 300-500 manat arasında ucuzlaşma var.

Gəncənin maşın bazarında da durğunluq hiss olunur. Burada həm maşın azdır, həm alan, həm də satan.Satıcılar isə deyirlər ki, alıcıların azlığı bazarda durğunluğa səbəb olur.

Bölgələrdəki avtomobil bazarlarındakı durğunluğun hələ bir müddət də davam edəcəyi gözlənir.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20