Şənbə, 04 May

Lobodadan Ukrayna vətəndaşlığından imtina etməsi xəbərinə - Reaksiya

image

Ukraynanın Əməkdar artisti Svetlana Loboda bu ölkə vətəndaşlığından imtina etməsi barədə xəbərlərə aydınlıq gətirib.

Xəbər verilir ki, bu barədə o, instaqram vasitəsilə videomüraciət edib.

Müğənni yazılanların həqiqətə uyğun olmadığını deyib: “Mənim bir vətəndaşlığım var. Olub və olacaq. Və o Ukrayna vətəndaşlığıdır”.

Loboda, həmçinin qeyd edib ki, insanlara kömək etmək üçün əlindən gələn hər şeyi edir: “Və mən bunu gücüm çatanadək edəcəyəm. Yanımda olan insanlara təşəkkür edirəm. Mən əsl qəhrəmanların arasında yaşayıram!”

O, bütün izləyicilərini yalnız öz ürəklərinə qulaq asmağa və hazırda kritik vəziyyətdə olanlara maksimal dərəcədə kömək etməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl S. Lobodanın Ukrayna vətəndaşlığından imtina etməsi, Malta vətəndaşlığı alması barədə xəbərlər yayılmışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15