Çərşənbə, 01 May

Marina Makronun təklifini rədd etdi

image

Rus telekanalında Rusiya-Ukrayna müharibəsinə etiraz edən Marina Ovsyannikova Fransa Prezidenti Emmanuel Makronun sığınacaq təklifini rədd edib.

Xəbər verilir ki, Ovsyannikova Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində ölkəsini tərk etmək istəmədiyini bildirib.

Jurnalist Makronun Fransada sığınacaq təklifinə belə cavab verib:

“Mən vətənpərvərəm, oğlum daha çox vətənpərvərdir. Heç bir halda buradan başqa yerə getmək istəmirik”.

Ağlı başında olan heç kimin qardaş xalqa qarşı bu savaşı qəbul etməyəcəyini bildirən Ovsyannikova əlavə edib:

“Rusların da bu müharibəyə qarşı olduğunu göstərmək istədim. Qərbdə bir çox insan bunu başa düşmür”.

Ötən günlərdə “Pervıy kanal”da “Müharibəyə yox” yazılmış pankartla diktorun arxasına keçən 43 yaşlı Ovsyannikova etirazından sonra saxlanılıb. O, Moskva məhkəməsində xəbərdarlıq etmədən kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qanunu pozduğuna görə mühakimə olunub və 30 min rubl cərimə edilib.

Atası ukraynalı, anası rus olan jurnalist Rusiya hakimiyyətindən Ukraynaya qarşı müharibəni dayandırmasını istəyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15