Bazar, 05 May

Viktor Pinçuq: Bizə yemək əvəzinə təyyarə, raket verin!

image

Ukraynalı oliqarx, sabiq prezident Leonid Kuçmanın kürəkəni Viktor Pinçuk Qərb ölkələrini Rusiyanın təcavüzündən qorunmaq üçün Ukraynanı təyyarə və silahla təmin etməyə çağırıb.

Bu barədə “Ukrainskaya Pravda”ya istinadən xəbər verir. Pinçuq deyib: “Rusiyanı məğlub etmək üçün Ukraynanın Qərbin mərhəmətindən daha artığına ehtiyacı var. Qərb üçün fəaliyyətsizlik riskləri Ukraynaya təyyarə və silah tədarükü risklərindən böyükdür. Pinçukun sözlərinə görə, Ukrayna və onun xalqı digər ölkələrin nümayiş etdirdikləri həmrəylikdən çox təsirləndirib: “Sizə yemək, pul, şəfqət və mavi və sarı rəngli bayraqlara görə təşəkkür edirik. Amma bizə yaxşılıq etmək, bizi xilas etmək istəyirsinizsə, təyyarələr, zenit və tank əleyhinə raketlər, silahlı pilotsuz təyyarələr və digər hərbi silahlar verin…

Mən Qərbdəki dostlarımıza yalvarıram: bizə silah verin. Rusiyadan kömür və neft almağı dayandırın. …Mən Avropa İttifaqından xahiş edirəm ki, Ukrayna Aİ üzvlüyə namizəd qəbul edilsin. Müstəqil Ukrayna Aİ-nin üzvü olsun. …Mən bilirəm ki, bütün bunlar risk daşıyır. Ancaq ölümcül döyüşdə risk etmədən kömək edə bilməzsiniz. Hələ də böyük hərəkətsizlik riskləri var. Rusiyaya beynəlxalq sistemi parçalamağa, suveren bir xalqı məhv etməyə, qırğınlar törətməyə icazə versəniz, nə baş verər?”- Pinçuq belə deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15