Cümə axşamı, 25 Aprel

Azərbaycanın media vadisi – Vasif Həsənli kimdir?

image

“Azərbaycanın media vadisi” rubrikası oxuculara Azərbaycan media məkanında öz peşə bacarıqları ilə fərqlənən və ciddi informasiya resurslarına rəhbərlik edən şəxsləri daha yaxından tanıtdırmağı hədəfləyir. Azərbaycanın rəngarəng media vadisini təqdim edərkən açıq mənbələrdə yer alan məlumatlara istinad etdiyimizi və subyektiv şərhlərə yer vermədiyimizi bəyan edirik.

Salyanda rayonunda anadan olan Vasif Həsənli 2013-cü ildə yaradılan “BizimXeber” İnformasiya portalının baş redaktoru vəzifəsində çalışıb. Burada əsasən siyasi yazılar qələmə alan jurnalist daha sonra fəaliyyətini “Publika.az” saytında davam etdirib. Jurnalist fəaliyyəti ilə yanaşı aktyorluq sahəsində özünü sınayan Vasif Həsənli, hətta “Həkimlər” serialının ilk 10 bölümündə də yer alıb.

Uzun müddət “Publika.az” saytında jurnalist kimi fəaliyyət göstərən Vasif Həsənli, 2017-ci ildə saytdan istefa verib. Onun istefasına əsas səbəb “Publika.az”-ın rəhbəri Aynur Camalqızı ilə yaşadığı indident olub. Belə ki, Aynur Camalqızı KİVDF tərəfindən ev verilməsi nəzərdə tutulan jurnalistlərin siyahısına daxil ediləcək şəxsləri əvvəlcədən müəyyən edib. Lakin bütün şərtləri ödəməsinə baxmayaraq Vasif Həsənlinin əvəzinə saytda yeni işə başlayan jurnalisti ev siyahısına təqdim edib. Bu isə Vasif Həsənlini qəzəbləndirib və o, “Publika.az”-dan istefa verib.

Onun haqqındakı bir digər iddia isə Aynur Camalqızının rəhbərliyində müxtəlif şəxsləri hədəf alan sifarişli yazılar qələmə alan komandada iştirak etməsi ilə bağlıdır. Bu yazıların sifarişçisinin Prezident Administrasiyasının keçmiş söbə müdiri Əli Həsənovun yaxın adamı, Media və informasiya ilə əlaqələr sektorunun müdiri Cəmaləddin Quliyev olduğu iddia olunur. Email vasitəsilə xüsusi tezislər Cəmaləddin Quliyev tərəfindən ilk öncə Aynur Camalqızına göndərilir, yazılar isə Aynur Camalqızının tapşırğı ilə Vasif Həsənli tərəfindən qələmə alınırmış. Lakin bir müddət sonra Vasif Həsənli sifarişli yazılar yazmaqdan imtina edib və bu onunla Aynur Camalqızı arasındakı soyuqluğun bir digər səbəbi olub.

2018-ci ilin martında isə Vasif Həsənli yeni “Demokrat.az” adlı xəbər saytı yaradıb və hazırda da bu saytın baş redaktorluğunu həyata keçirir. Eyni ildə Vasif Həsənli Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən evində naməlum şəxslər tərəfindən qrət olunması ilə gündəmə gəlib.

Vasif Həsənli 2019-cu ildə “Demokrat.az” saytında paylaşılan xəbərlərə görə dəfələrlə Əli Həsənovun müavini Vüqar Əliyevdən və başqa şəxslərdən təhdid mesajları aldığını, körpə övladı və saytının bloklanacağı ilə təhdid edildiyini qeyd edib. Lakin tərəflər arasındakı münasibətlər qısa müddətdə normallaşıb. Belə ki,  2020-ci ildə Vasif Həsənli öz saytında Əli Həsənovla sual-cavab formatında müsahibə yayımlanıb.

Vasif Həsənli adı 2020-ci ildə karantin günlərində təmtaraqlı toy mərasimi keçirən keçmiş deputat, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin ifaedici səs yazsının yayılmasında da çəkilib. Bu addımına görə jurnalist eks-deputat tərəfindən ölümlə hədələndiyini də bildirib. Qeyd edək ki, qalmaqallı səs yazısı Vasif Həsənlinin adının çəkildiyi ilk hal deyil. Səs yazmaları ilə məşhur olan jurnalist daha əvvəl də “AzərSu”ASC-nin mətbuat xidmətinin səs yazısını ictimailəşdirməklə gündəmə gəlib.

İddialar Vasif Həsənlinin sifarişli yazı strategiyasını “Demokrat.az” saytında da davam etdirdiyi deməyə əsas verir. Belə ki, son aylarda jurnalist öz saytında deputat, partiya sədri və uzun illər siyasi fəaliyyətlə məşğul olan Qüdrət Həsənquliyevi hədəf alan bir sıra əsassız yazı və təhlillərə də yer verib.

Baş redaktor tənqidləri səbəbilə Qüdrət Həsənquliyevin yaxın dostu Oqtay Abuzərov tərəfindən məhkəməyə verilsə də, məhkəmədən qalib çıxan tərəf olub. Vasif Həsənli hüquqi müstəvidə mübarizəsini davam etdirəcəyini qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33