Çərşənbə axşamı, 07 May

Ərdoğan diqqət mərkəzində - “O, bizim üçün böyük şansdır”

image

“Dünya ABŞ və Rusiya tərəfindən yenidən qurulur, bu məqamda Ərdoğanın Türkiyənin başında olması böyük şansdır”.

Xəbər verilir ki, bunu Türkiyənin “Hürriyət” qəzetinin köşə yazarı Abdulkadir Selvi deyib.

Selvi Ərdoğanın Rusiya-Ukrayna böhranı ilə əlaqədar bir çox dünya liderləri ilə son danışıqlarına diqqət çəkib:

“Vaxtilə ABŞ tərəfindən “qanad ölkə” kimi baxılan bir Türkiyə var idi. Bu gün isə beynəlxalq böhranlarda sözü eşidilən Türkiyə var. Vaxtilə nə edəcəyi yox, nə etməli olduğu diktə edilən Türkiyə var idi. İndi nə edəcəyi düşünülən Türkiyə var. Artıq beynəlxalq böhranlarda bir Türkiyə kartı ortaya çıxıb. Bu kart çox önəmlidir”.

Köşə yazarı Ərdoğanın beynəlxalq böhranların həllində böyük rol oynadığını bildirib:

“Yeni dünya qurulur. Dünya ABŞ və Rusiya tərəfindən yenidən tənzimlənir. Bu prosesdə Türkiyənin başında Ərdoğan kimi güclü liderin olması böyük şansdır.

Bu prosesdə Türkiyənin fəal vasitəçi mövqeyi, aktiv neytrallıq siyasəti yürütməsi və iki ölkəni bir araya gətirərək həll yolu tapmaq üçün fəal səylər göstərməsi çox dəyərlidir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58