Çərşənbə, 15 May

Ukrayna Rusiyaya məxsus əmlakı müsadirə edəcək

image

Prezident Volodimir Zelenski Ukraynada Rusiya Federasiyasına və onun vətəndaşlarına məxsus əmlakın heç bir kompensasiya ödənilmədən müsadirəsini nəzərdə tutan qanun layihəsini imzalayıb.

Xəbər verilir ki, bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd olunur ki, bu qanun Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamış bir dövlət kimi Rusiya Federasiyasına məxsus mülkiyyətin sosial o cümlədən hərbi zərurətin irəli gələrək müsadirəsinin hüquqi əsaslarını müəyyən edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00