Şənbə, 04 May

Zirehli texnikanın əzdiyi maşında möcüzəvi şəkildə sağ qalan ukraynalı sürücü danışdı - VİDEO

image

“Nastoyaşeye vremya” qəzetinin jurnalistləri fevralın 25-də Kiyevdə Rusiyaya məxsus zirehli texnikanın üstündən keçdiyi maşının sürücüsü ilə danışıb.

“Qarşıda piyada döyüş maşını var idi, adi qaydada onun arxasınca sürdüm. Birdən zirehli texnika çıxdı və qarşı zolağa keçdi”, - deyə kişi bildirib.

Onun sözlərinə görə, zirehli texnika onun maşının üstünə çıxıb və üç dəfə irəli-geri hərəkət edib.

“Yaxşı ki, maşında tək özüm idim”, - deyə sürücü başına gələnləri danışıb.

Hadisədən sonra yoldan keçənlər sürücünü birtəhər əzilmiş maşından çıxarıblar.

“Bütün sol tərəfim – ayağım, qolum sınıb. Təcili yardım çağırdılar, xəstəxanaya gətirdilər. Uşaqlar, çox sağ olun”, - deyə kişi göz yaşları içində bildirib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15